“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi haqqında” ümumxalq səsverməsi (referendum)
Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli Sərəncamına əsasən cari ilin 26 sentyabr tarixində “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi haqqında” ümumxalq səsverməsi - referendum keçiriləcəkdir.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi Rusiya ərazisində yaşayan və müvəqqəti olan bütün Azərbaycan vətəndaşlarını ümumxalq səsverməsində iştirak etməyə dəvət edir.
Səsvermə 26 sentaybr 2016-cı il tarixində saat 08:00-dan 19:00-dək Azərbaycanın Rusiyadakı Səfirliyinin binasında keçiriləcəkdir.
Ünvan: Voznesenski döngəsi 15.
Səsvermədə iştirak etmək üçün Azərbaycan Respublikası vətəndaşının pasportunu özünüzlə götürməyiniz zəruridir.