2016-09-26

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ölkəmizin Rusiyadakı Səfirliyində keçirilən ümumxalq səsverməsi – referendum yerli vaxtla saat 08:00-da başlamışdır.

Rusiya ərazisində yaşayan və ya müvəqqəti bu ölkədə olan Azərbaycan vətəndaşları səsvermədə iştirak edirlər.

Səfirlikdə yaradılmış 17 saylı Yasamal III seçki dairəsinin 48 nömrəli seçki məntəqəsində konsulluq uçotunda olan 1500 Azərbaycan vətəndaşı qeydiyyata alınmışdır.

Səhər saatlarından artıq seçici fəallığı hiss olunur. Saat 10:30-a olan məlumata əsasən artıq 230 nəfər səs vemişdir ki, bu da ümumi səs verənlərin 15% təşkil edir.

Referendumu gedişatını MDB-nin Parlamentlərarası Assambleyasından olan müşahidəçilər də izləyirlər.

Ümumxalq səsverməsinin yüksək səviyyədə təşkili üçün lazımi tədbirlər həyata görülmüşdür.

Səsvermə Moskva vaxtı ilə saat 8-dən 19-dək davam edəcəkdir.

Arxiv üzrə axtarış