“Vestnik Kavkaza” informasiya agentliyinə müsahibədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu aşağıdakıları bildirdi
Azərbaycan, Rusiya və Türkiyə prezidentlərinin Dünya Enerji Konqresində iştirakını və dövlət başçıları arasında aparılan danışıqların nəticəsində əldə olunan nailiyyətləri, həmçinin dünya birliyi tərəfindən sözügedən tədbirə göstərilən böyük marağı “Vestnik Kavkaza” informasiya agentliyinə şərh edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu aşağıdakıları bildirdi:
“Putin-Əliyev-Ərdoğan, həmçinin Putin-Əliyev-Ruhani üçtərəfli formatı irəliyə ciddi sıçrayış, sülh və sabitlik regionunun yaradılması üçün zəmin yaradılması haqda xəbər verir. Bircə Dağlıq Qarabağ münaqişəsinin həll etmək qalıb. Qardaş ölkə olaraq, Rusiya və Türkiyə ilə geniş əlaqələri olan ölkə kimi onların münasibətlərindəki vəziyyətin 180% dəyişməsinə sevinirik. Bu gün iki ölkə arasında iqtisadi və mədəni əlaqələr tam həcmdə bərpa olunur. Bununla bağlı bu yaxınlaradək televiziya ekranlarından Türkiyə və onun prezidentinə qara yaxanlara müraciət etmək istəyirəm. İndi onların televiziya tamaşaçılarına deməyə sözləri yoxdur. Politoloqlar irəliyə baxmalı və anlamalıdırlar ki, bu gün Türkiyə, Rusiya, Azərbaycan və İran arasında münasibətlər region və dünya üçün, xüsusilə müxtəlif güc mərkəzlərinin qarşıdurması fonunda, olduqca vacibdir. Mən qeyd olunan görüşü yüksək qiymətləndirirəm. Mənə elə gəlir ki, bu bizim ölkələr arasında münasibətlərin tarixində yeni dönəmdir”.