2017-05-10

9 may 2017-ci il tarixində Moskva şəhərində «Бессмертный полк» hərəkatının yürüşü zamanı təxribat törədilmişdir

9 may 2017-ci il tarixində Moskva şəhərində «Бессмертный полк» hərəkatının yürüşü zamanı bir qrup azərbaycanlı və erməni gəncləri arasında baş vermiş insidentlə bağlı Səfirlik bildirir ki, burada iki millət arasında gərginliyin yaradılması məqsədi ilə təxribat törədilmişdir. 

Hadisə ilə əlaqədar və gələcəkdə bir daha belə halların təkrarlanmaması üçün şəxsən Səfir Polad Bülbüloğlu Rusiyanın Xarici İşlər Nazirliyi, Moskva şəhər rəhbərliyi və digər müvafiq federal strukturlarla danışıqlar aparmışdır.

Eyni zamanda vurğulamaq istəyirik ki, Səfirlik toqquşma zamanı zərər görmüş soydaşlarımızla əlaqə yaradaraq, onların vəziyyətini nəzarət altında saxlayır.

Arxiv üzrə axtarış