Jurnalist Fuad Abbasovun Rusiyadan baş tutmayan deportasiyasına dair
Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, Səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar.
11 iyun 2019-cu il tarixində Səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüş keçirmiş, şəraiti ilə yaxından tanış olmuşdurlar.
Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə Səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq Nota göndərilmiş və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanmışdır. Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcəkdir.
Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, Səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür.