2019-06-24

“Lenta.ru” saytında dərc olunmuş məqalənin çıxarılmasına dair

Cari ilin 23 iyun tarixində “Lenta.ru” saytında dərc olunmuş Konstantin Dvoretskinin «Они заводят любовников втайне от мужа и хвастаются подругам» başlıqlı məqaləsi ilə bağlı bildiririk ki, aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən məqalə informasiya portalından çıxarılmışdır.

Bundan əlavə, qeyd olunan saytda redaksiyanın Azərbaycan xalqından və Rusiyadakı Azərbaycan icmasının nümayəndələrindən üzr istəməsi, materialın xalqımızı təhqir etmək kimi bir məqsəd güdmədiyi haqda məlumat yerləşdirilmişdir.

Arxiv üzrə axtarış