2019-07-16

“MeqaFon” şirkətindən Səfirliyə daxil olmuş məlumata dair

Bu gün Rusiyanın “MeqaFon” şirkətindən Səfirliyə daxil olmuş məlumatı olduğu kimi təqdim edirik:

“Kompaniyanın saytının yenilənməsi işi aparılan zaman Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibinə daxil olmayan müstəqil ərazi kimi göstərilməsini əks etdirən düzgün olmayan informasiya üzə çıxmışdır. Kompaniyanın idarəçiliyi tərəfindən bu səhv aşkarlanan kimi dərhal düzəldilmişdir.

Hal hazırda MeqaFon tərəfindən insidentlə bağlı daxili araşdırma aparılır. Sayta bu məlumatı yerləşdirən məsul əməkdaşlar vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıb və onları Rusiya Federasiyasının Əmək Məcəlləsi çərçivəsində intizam cəzası gözləyir.

MeqaFonun əsas iş prinsiplərindən biri ondan ibarətdir ki, şirkət öz kommersiya fəaliyyətini siyasi və ya dini məzmundan kənar həyata keçirir. Biz baş verən hadisədən təəssüflənir və vurğulayırıq ki, səhv qəsdən və ya hansısa pis niyyətdən baş verməyib.

Şirkət bu qərəzsiz insidentin hisslərinə toxunduğu hər kəsdən üzr istəyir”.

İSC “MeqaFon”un direktorlar şurasının sədri Yevgeni Bıstrıx.

Arxiv üzrə axtarış