Səfir Polad Bülbüloğlu yuniorlar arasında bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak etmişdir
Cari ilin 19 iyul tarixində Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın şəxsi dəvəti ilə yuniorlar arasında bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak etmişdir.
Rusiya Federasiyasının Baş nazirinin müavini Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına ünvanladığı məktubu oxumuşdur.
Dünyanın 62 yığma komandasının, o cümlədən Azərbaycan gimnastlarının qatıldığı çempionatın açılışında Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiyanın Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova və Beynəlxalq Olimpiya Komitəsinin Yaponiyadan olan nümayəndəsi Morinari Vatanabe çıxış etmişdirlər.