2020-02-19

Tula Dövlət Silah muzeyində Azərbaycanın xəritəsində buraxılmış səhvin aradan qaldırılması ilə bağlı

Bir sıra xəbər saytlarında Rusiya Federasiyasının Tula Dövlət Silah muzeyində Azərbaycan Respublikasının təhrif edilmiş xəritəsinin yerləşdirildiyi ilə bağlı məlumat yayılmışdır.

Səfirliyin məsələyə müdaxiləsindən və muzey rəhbərliyinə ölkəmizin ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyinin izah edilməsindən dərhal sonra qarşı tərəf buraxılmış səhvi operativ şəkildə aradan qaldırmış və bu barədə Səfirliyə məlumat vermişdir.

Arxiv üzrə axtarış