Azərbaycan vətəndaşlarının Bakıya yola salınmısına dair
22 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının 34 vətəndaşı Rusiyanın “Aeroflot” aviaşirkətinin təyyarəsi ilə Moskvanın A.S. Puşkin adına Şeremetyovo beynəlxalq hava limanından Bakıya yola salınmışdırlar. Qeyd etmək istəyirik ki, bu Səfirliyin və “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin müdaxiləsi əsasında mümkün olmuşdur.
Həmçinin bildiririk ki, yaranmış məlum vəziyyətlə əlaqədar soydaşlarımızın Vətənə yola salınması məsələsi Səfirliyin ciddi nəzarəti altındadır. Burada Səfirlik “AZAL” aviaşirkətinin Rusiyadakı nümayəndəliyi ilə birgə fəaliyyət göstərir.
Azərbaycana getmək istəyən soydaşlarımıza Səfirliyin “qaynar xətlərinə” (+7977 442 2954, +7977 442 2964) və ya “AZAL”ın Moskvadakı nümayəndəliyinə (+7499 243 3302, +7499 243 3307, +7495 660 1777, +7916 900 38 56, +7916 900 40 28 ) zəng etmələrini xahiş edirik.
DİQQƏT:
Ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımızı “AZAL” aviaşirkətinin xidmətlərindən yararlanmağa çağırırıq. Belə ki, bu gərgin vəziyyətdə Səfirliyin digər aviaşirkətlərlə əməkdaşlıq imkanları olduqca məhduddur.