Volqoqrad şəhərində Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə bağll
13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavriilovun qətlə yetirilməsi ilə bağlı məlumat Səfirliyə daxil olan kimi tərəfimizdən dərhal Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilmişdir.
Bundan əlavə cari ilin 14 iyun tarixində Səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlamışdır.
Bildiririk ki, hadisə ilə bağlı cinayət işi qaldırılmış və məsələ Səfirliyin ciddi nəzarəti altındadır.
İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat verilicəkdir.