Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşma ilə bağlı Səfirliyə daxil olan müraciətlərə dair
Cari ilin 12-13 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşma ilə bağlı Səfirliyə Rusiyada yaşayan soydaşlarımızdan çoxsaylı müraciətlər daxil olmaqdadır.
Sözügedən müraciətlərdə onlar son hadisələrlə əlaqədar öz ciddi narahatlıqlarını ifadə edir, Azərbaycan ordu sıralarına qatılmaq üçün Səfirlikdən köməklik və dəstəyin göstərilməsini xahiş edirlər.
Səfirlik tərəfindən Rusiya vətəndaşları olan həmyerlilərimizə göstərdikləri vətənpərvərlik və qətiyyətli mövqeyə görə təşəkkür edilərək, hazırda orduya əlavə canlı qüvvənin cəlb edilməsinə ehtiyacın olmadığı bildirilmişdir. Vurğulanmışdır ki, Azərbaycan müasir silahlı qüvvələrə malikdir və qüdrətli ordumuz Ali Baş komandanın əmri ilə istənilən hərbi tapşırığı yerinə yetirməyə və işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.