2021-05-10

10 may 2021-ci il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

10 may 2021-ci il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Səfirliyin və Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Mərasimdə Səfirliyin və Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin əməkdaşları, həmçinin vaxtilə Heydər Əliyev Moskvada SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində çalışarkən onun rəhbərliyi altında işləmiş şəxslər iştirak etmişlər.                          

İlk öncə Səfirliyin və Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin adından, o cümlədən ümummilli liderlə çalışmış şəxslər tərəfindən Heydər Əliyevin Səfirlikdəki barelyefinin önünə əklil və gül dəstələri  qoyulmuş, müasir, güclü və qüdrətli Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin doğum günü olan 10 mayın Azərbaycanın və bütün xalqımızın həyatında taleyüklü bir tarix olduğu vurğulanmışdır.

Heydər Əliyevlə birlikdə çalışmış şəxslər ümummilli liderlə bağlı xoş xatirələrini bölüşərək, dahi siyasi və dövlət xadimi kimi onun liderlik keyfiyyətləri, yüksək idarəçilik qabiliyyəti, sarsılmazlığı, doğma vətəninə və xalqına dərindən bağlılığı, Azərbaycan tarixində əvəzolunmaz yeri, müstəqil dövlətimizi məhv olmaqdan xilas etməsi və gələcək inkişafı üçün möhkəm özül yaratması barədə danışmışlar.   

Sonda qonaqlar üçün ziyafət təşkil edilmişdir.                    

­

 

Arxiv üzrə axtarış