2022-05-19

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı nəşr olunmuş “Qloballaşan dünyada mədəniyyətlərin dialoqu mədəniyyəti” kitabının təqdimat mərasimi keçirilmişdir

19 may 2022-ci il tarixində Səfirlik tərəfindən Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı nəşr olunmuş “Qloballaşan dünyada mədəniyyətlərin dialoqu mədəniyyəti” kitabının təqdimat mərasimi təşkil edilmişdir.

Tədbirdə Rusiyanın tanınmış ictimai-siyasi və elm xadimləri, müxtəlif dövrlərdə Heydər Əliyevlə birgə çalışmış həmkarları, Azərbaycan diasporunun nümayəndələri və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, diplomatik korpusun, o cümlədən Özbəkistan, Moldova, Türkiyə, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Cibuti səfirliklərinin yüksək səviyyəli nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan səfir Polad Bülbüloğlu qonaqlara Azərbaycan xalqının dahi oğlunun keçdiyi zəngin ömür yolundan danışmış və bildirmişdir ki, Sovetlər İttifaqı dövründəki yüksək nailiyyətləri ilə yanaşı, ümummilli lider Azərbaycanın rəhbəri olarkən respublikamızı bütün parametrlər üzrə 15 respublika arasında ən qabaqcıl və əhəmiyyətli sıraya çıxara bilmişdir, 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıtmış və tamamilə yeni şərtlər altında, böhranlı dağılma və xaos bir vaxtda öz müdrikliyi, təcrübəsi və nüfuzu sayəsində qısa müddətdə Azərbaycanı tamamilə yeni bir səviyyəyə qaldırmağı bacarmışdır. O, bugünkü Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmasına, qaytarılan torpaqlarda quruculuq işlərinə başlamasına imkan verən inkişafın əsasını yaratmışdır.

Səfir qeyd etmişdir ki, Heydər Əliyevin başladığı dirçəlişə onun oğlu İlham Əliyevin rəhbərlik etməsi və davam etdirməsi dərin rəmzi məna daşıyır. Xoşbəxt tale, atadan miras qalan uzaqgörənlik, sarsılmaz ruh, özünün haqlı olduğuna əminlik, sərkərdə istedadı unikal şəxsiyyət olan İlham Əliyevə imkan vermişdir ki, 44 gün ərzində işğal altında olan torpaqları hərbi-siyasi yolla azad etsin və Şuşa şəhərini Azərbaycana qaytarsın! Oğul atasının başladığı işi başa çatdıraraq, Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin güllələnmiş abidələrini şəxsən gətirib əvvəlki yerində quraşdırmışdır. “Və bu gün biz Heydər Əliyevin doğum gününü qeyd edərkən əminəm ki, o, öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış oğlu ilə fəxr edərdi”, - deyə Azərbaycanın Səfiri bildirmişdir.

Təqdim olunan kitab haqqında qonaqlara məlumat verən Polad Bülbüloğlu qeyd etmişdir ki, bu kitab Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə artıq 4-cü dəfə keçirilən Beynəlxalq elmi Konfransın materialları əsasında hazırlanmışdır. Fond bütün fəaliyyətlərində daim dahi Heydər Əliyevin bizə vəsiyyət etdiyi idealları rəhbər tutur. Bunların sırasında - dünya proseslərinə diqqət və onların fəlsəfi dərk edilməsi, müxtəlif ölkələrin alim və elm xadimlərinin fikrinə həssas münasibət. Təsadüfi deyil ki, bu məqalələr toplusunda azərbaycanlı alimlərlə yanaşı Rusiya və Özbəkistan alimləri də geniş təmsil olunmuşlar.

Tədbirin davamında Azərbaycanın Səfiri sözü “Qloballaşan dünyada mədəniyyətlərin dialoqu mədəniyyəti” kitabının tərtibatçısı, fəlsəfə elmləri doktoru, professor İbrahim Məlikova vermişdir. O, çıxışında bu kitabın yaranma tarixi haqqında qonaqlara məlumat vermiş və bugünkü müasir dünyada mədəniyyətlərin dialoqunun və onların qarşılıqlı əlaqəsinin vacibliyini vurğulamışdır.

Sonra fəlsəfə elmləri doktoru, Başqırdıstan Elmlər Akademiyasının akademiki, professor, Ufa Federal Araşdırmalar Mərkəzinin Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun baş elmi işçisi Fanil Fayzullin çıxış etmişdir.

Natiq çıxışında digər mövzularla yanaşı milli münasibətlər məsələlərinə də yaxşı bələd olan Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü vurğulamış və bu kontekstdə mümkün problemlərin qarşısını almaq üçün müxtəlif xalqların münasibətlərinə ehtiyatlı və ciddi yanaşmanın zəruriliyini qeyd etmişdir.

Fəlsəfə elmləri doktoru, Rusiya Daxili İşlər Nazirliyinin V.Y Kikotya adına Moskva Universitetinin fəlsəfə kafedrasının professoru Vitali Belski çıxışında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrikliyi sayəsində Azərbaycanın son 30 ildə keçdiyi dövlətçilik yolunu qeyd edərək vurğulamışdır ki, bu gün Azərbaycanda müşahidə olunan inkişafın əsası məhz Ulu Öndər tərəfindən qoyulmuşdur.

Daha sonra çıxış edən fəlsəfə elmləri doktoru, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Aleksandr Çumakov qeyd etmişdir ki, Sovet İttifaqı dağılandan sonra hər kəs, xüsusən də mədəniyyət sahəsində ciddi sarsıntı yaşamışdır. O xatırlatmışdır ki, məhz Azərbaycan mənəvi-mədəni irsin qorunub saxlanmasına mühüm töhfə vermişdir. Bu baxımdan o, bu məsələdə Heydər Əliyevin rolunu xüsusi vurğulamışdır. O, bu gün ümummilli liderin ideyalarının uğurla həyata keçirildiyini bildirmiş və bu kontekstdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin fəaliyyətini xüsusi qeyd etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, Fövqəladə və Səlahiyyətli Səfir Eynulla Mədətli çıxışında görkəmli dövlət xadimi Heydər Əliyevin xidmətlərini və Azərbaycan tarixini qeyd etmiş, Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Qələbəsinin və işğal olunmuş torpaqların azad edilməsinin tarixi əhəmiyyətini önə çəkmişdir. Daha sonra Eynulla Mədətli təqdim olunan “Qloballaşan dünyada mədəniyyətlərin dialoq mədəniyyəti” kitabı haqqında fikirləri ilə bölüşmüşdür.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün ziyafət təşkil olunmuşdur.

Arxiv üzrə axtarış