2023-01-30

Qazaxıstanın Rusiyadakı Səfirliyi Azərbaycanın İrandakı Səfirliyinə edilmiş silahlı hücumla bağlı ölkəmizin Moskvadakı diplomatik nümayəndəliyinə Nota göndərmişdir

Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücumla bağlı ölkəmizin Moskvadakı diplomatik nümayəndəliyinə Nota göndərmişdir. 

Notada bildirilir ki, Qazaxıstanın Rusiyadakı Səfirliyi baş vermiş silahlı hücum nəticəsində həyatını itirmiş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralanmış Vasif Tağıyev və Mahir İmanova isə şəfalar diləyir. 

Bundan əlavə qeyd olunur ki, dinc insanlara, o cümlədən xaricdə diplomatik xidmətdə olan şəxslərə qarşı istənilən silahlı hücum beynəlxalq hüququn prinsiplərinə və insan mənəviyyatına ziddir.

Arxiv üzrə axtarış