2023-03-28
Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri- yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- Müəyyən edilsin ki, 2023-cü il 28 mart saat 06:00-dan:
- hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş- çıxışına icazə verilir;
- aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:
- xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;
- müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.
- Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun- vericilik Toplusu, 2020, N° 9, maddələr 1209, 1231, N° 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, Ns 11, maddələr 1387, 1394, Ns 12 (V kitab), maddələr 1588, 1592, 1612; 2021, Ns 1, maddələr 92, 106, N° 3, maddələr 267, 290, 291, N° 4, maddə 403, N° 5, maddə 530, N 6 (IV kitab), maddələr 683, 692, N° 7, maddələr 868, 882, Ns 8, maddə 974, N° 9, maddə 1079, N° 10, maddə 1191, Ns 12, maddələr 1514, 1524; 2022, N° 2, maddə 176, Ns 3, maddə 258, N° 4, maddə 417, Ns 6, maddə 673, N° 8, maddə 1012, N° 10, maddə 1225, N° 12, maddə 1554; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 fevral tarixli 65 nömrəli Qərarı) 1.1.1-ci yarımbəndində "və hava nəqliyyatı ilə” sözləri "nəqliyyatla” sözü ilə əvəz edilsin.
- Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, N 5, maddə 530, N° 6 (IV kitab), maddələr 668, 679, 683, Ns 7, maddələr 872, 890, 891, Ns 8, maddələr 957, 971, N° 9, maddələr 1051, 1079, N° 10, maddə 1182, N° 12, maddələr 1514, 1533, 1543; 2022, Ns 1, maddələr 61, 80, N° 2, maddə 164, Ns 3, maddə 258, N° 4, maddələr 399, 417, N° 5, maddələr 561, 573, N° 6, maddə 673) 2.3-cü, 2.5-1-ci, 2.5-2-ci, 2.5-2-1-ci, 2.5-4-1-ci, 2.5-6-cı,
- 7-ci, 5-9-cu, 2.5-10-cu, 2.5-12-ci, 2.5-13-cü bəndləri və
- 1-ci, 2.5-3.3-cü, 2.5-3.8-ci, 2.5-5.2-ci, 2.5-5.3-cü yarımbəndləri ləğv edilsin.
- "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 sentyabr tarixli 280 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, N° 9, maddə 1079) 1.3-cü bəndi ləğv edilsin.