2023-12-27

Rusiya Federasiyasında daimi yaşayan və ya müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

 

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ökələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri gorülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.

Azərbaycan Respublikası Prezidenti seckilərində iştirak etmək istəyən, Rusiya Federasiyasında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə müraciət etmələri xahiş olunur.

Telefon: +7 (495) 629-43-32, +7 (495) 629-16-49

Elektron poçt: office_moscow@mission.mfa.gov.az, consul_moscow@mission.mfa.gov.az

Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və Rusiyada yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılacaqdır.

 

 

Arxiv üzrə axtarış