7 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində növbədənkənar prezident seçkiləri keçirilmişdir
7 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində növbədənkənar prezident seçkiləri keçirilmişdir. Qeyd edək ki, bu seçkilər sayca doqquzuncu və ikinci növbədənkənar prezident seçkiləri, eləcə də müasir Azərbaycan tarixində ölkənin ərazi bütövlüyü tam bərpa edildikdən sonra bütün Azərbaycan ərazisində keçirilən ilk seçkilər olmuşdur.
Səfirliyin binasında eyni zamanda iki seçki məntəqəsi fəaliyyət göstərmiş, həmçinin diplomatik nümayəndəliyə gəlmək imkanı olmayan vətəndaşların səsvermədə rahatlığının təmin edilməsi üçün ayrı-ayrı səyyar qruplar yaradılmışdır.
Həmçinin Sankt-Peterburq və Yekaterinburqda Respublikamızın Baş konsulluqları tərəfindən seçki məntəqələri təşkil olunmuşdur.
Seçki məntəqələrinin açıq elan olunmasından dərhal sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu seçkilərin ilkin iştirakçısı olaraq səs vermişdir. Sonra o, Rusiya mətbuatının nümayəndələri qarşısında çıxış edərək bugünkü seçkilərin əhəmiyyətini qeyd etmiş və Azərbaycan vətəndaşlarının növbəti yeddi il ərzinə seçəcəkləri Liderə səs verə bilmələri üçün bütün imkanların yaradılmasına görə Rusiya tərəfinə təşəkkürünü bildirmişdir. “Mart ayında eyni seçkilərlə üzləşəcək Rusiya Federasiyasına həmin seçkilərin böyük uğurla keçirilməsini arzu edirəm", - deyərək Səfir qeyd etmişdir ki, Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətləri hər iki ölkədə prezident seçkilərinin yekunları üzrə gələcək inkişaf üçün əlavə təkan verəcəkdir.
Yetkinlik yaşına çatmış 32 gənc Azərbaycan vətəndaşı üçün (ali təhsil müəssisələrinin tələbələri, diplomatik nümayəndəliyin əməkdaşlarının ailə üzvləri və s.) bu seçkilər onların həyatında birinci olmuşdur. Bu kimi hadisənin şərəfinə onlar üçün xüsusi xatirə hədiyyələri hazırlanmış və Azərbaycan Səfiri tərəfindən təntənəli şəraitdə onlara təqdim olunmuşdur. Onları bu əlamətdar hadisə münasibətilə təbrik edərək, gənc seçicilərə öz ölkələrinin həyatında daha fəal iştirak etmələrini arzulamışdır.
Qeyd edək ki, Rusiya Federasiyasında növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının beş minə yaxın vətəndaşı səs vermişdir.