2024-02-09

9 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin binasında mərasimində iştirak etmişdir

 9 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin binasında Böyük Vətən Müharibəsi illərində həlak olmuş sovet diplomatlarının adları yazılmış xatirə lövhələrinin önünə əklil qoyulması mərasimində iştirak etmişdir.

Tədbirdə Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Viktoroviç Lavrov və Rusiya Xarici İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Valeriy İvanoviç Morozov çıxış etmişdilər.

1920-ci illərdən başlayaraq sovet diplomatiyasının formalaşmasından bəhs edən muzey eksponatları, fotoşəkillər və sənədlər nümayiş etdirilmişdir.

Tədbir Rusiya Federasiyasında 10 Fevralda qeyd olunan diplomatik işçi Gününə təsadüf edilmişdir.

Arxiv üzrə axtarış