2024-02-12

12 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri cənab Polad Bülbüloğlu Benin Xalq Respublikasının Rusiyadakı Səfiri cənab Akambi Andre Okunlola Biau-nu qəbul etmişdir.

12 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri cənab Polad Bülbüloğlu Benin Xalq Respublikasının Rusiyadakı Səfiri cənab Akambi Andre Okunlola Biau-nu qəbul etmişdir.

Benin Prezidenti cənab Patris Guillaume Atanaz Talon adından Səfir Okunlola Biau Azərbaycanda növbədənkənar prezident seçkilərinin uğurla başa çatması və ölkə Prezidenti cənab İlham əliyevin bu seçkilərdə qələbəsi münasibətilə səmimi təbriklərini çatdırmlşdır.

O, 2024-cü ilin payızında ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına iştirakçı dövlətlərin 29-cu Konfransını (COP29) uğurla keçirəcəyinə əminliyini ifadə etmişdir.

Azərbaycan Səfiri Polad Bülbüloğlu qonağı salamlayaraq, ölkələr arasında mövcud münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirmiş və bir-birinin müxtəlif beynəlxalq məkanlarda mövqelərinin dəstəklənməsinin vacibliyini vurğulamışdır.

Dövlətlərarası münasibətlərin inkişafı yolunda nə kimi işlərin həyata keçırılməsi barədə fikir mübadiləsi apararaq, işgüzar əlaqələrin daha da inkişaf etdirilməsi üçün lazımi təkan verəcək XİN-lərarası məsləhətləşmələrin təşkilinin zəruriliyi vurğulanmışdır.

Arxiv üzrə axtarış