12 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Sloveniya Respublikasının Rusiyadakı Səfiri xanım Daria Bavdajı qəbul etmişdir.
12 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Sloveniya Respublikasının Rusiyadakı Səfiri xanım Daria Bavdajı onun xahişi ilə qəbul etmişdir.
Azərbaycan Səfiri həmkarını belə şərəfli vəzifəyə təyin olunması münasibətilə təbrik etmiş, ona fəaliyyətində gələcək uğurlar arzulamış və duayen kimi Rusiyadakı diplomatik korpusun fəaliyyəti barədə qonağa məlumat vermişdir.
Səfir Polad Bülbüloğlu sloveniyalı həmkarına erməni əhalisinin könüllü köçməsi ilə bağlı humanitar tədbirlər barədə ətraflı məlumat vermiş, beynəlxalq təşkilatların nümayəndələrinin müşahidələrinə əsasən, bu prosesdə dinc əhaliyə qarşı heç bir zorakılığın qeydə alınmadığını xüsusi vurğulamışdır. Erməni sakinlərinin Azərbaycandan getməsinə görə məsuliyyətin isə Ermənistan və onun bilavasitə nəzarəti altında olan separatçı rejimin daşıdığı qeyd olunmuşdur. Bununla bağlı o, Sloveniyanın xarici işlər naziri xanım Tani Fayonun mövqeyi ilə razı olmadığını bildirmişdir.
Görüş zamanı Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlərin ayrı-ayrı aspektləri müzakirə olunmuş, qarşılıqlı maraq doğuran cari məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Sloveniya səfiri Polad Bülbüloğluna səmimi qəbula və maraqlı söhbətə görə təşəkkür etmişdir.
Görüşün sonunda Azərbaycan Səfiri həmkarına Heydər Əliyev Fondunun nəşr etdiyi "Qarabağ işğaldan əvvəl və sonra"kitabını hədiyyə etmişdir.