2024-02-21

Bu gecə Moskvanın Domodedovo hava limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılmışdır.

Bu gecə Moskvanın Domodedovo hava limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılmışdır. Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilmişdir.

Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi Səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilmiş və onlar vəziyyəti yerində aydınlaşdırmışdırlar. Hazırda diplomatik nümayəndəliyin əməkdaşları saxlanılanın yanındadır.

Fevralın 21-də səhər tezdən Səfirlik tərəfindən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüş keçirmiş və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah etmişdir.

Hal-hazırda Azərbaycan Respublikasının Səfirliyi Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində zəruri hüquqi tədbirlər görür və saxlanılanın hüquqlarının təmin edilməsi üçün bütün səylərini göstərməkdədir.

Arxiv üzrə axtarış