1 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu rusiyalı sahibkar və xeyriyyəçi, "Kiyev meydanı" şirkətinin Direktorlar Şurasının Sədri Qod Nisanova Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə təltif olunduğu "Dostluq" ordenini təqdim etmişdir.

Azərbaycan Səfiri xüsusi olaraq demişdir: "Mən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığını böyük məmnuniyyətlə yerinə yetirərərək, Vətənimiz qarşısında xidmətlərinizə görə Sizə Dostluq ordenini təqdim edirəm. Siz Rusiyada yaşayan Azərbaycanlılar üçün çox işlər görürsünüz, soydaşlarımıza kömək edirsiniz. Biz fəxr edirik ki, Azərbaycandan olan insanlar Vətənimizi Rusiyada layiqincə təmsil edirlər. Uğurlarınıza çox şadıq və Sizə daha da böyük nailiyyətlər arzulayıram".
Q.Nisanov isə cavab sözündə Polad Bülbüloğluna təşəkkür edərək qeyd edmişdir: "Dostluq ordeni mənim üçün simvolikdir. O, təkcə mənim deyil, ruhu Azərbaycan üçün kök salan bütün həmvətənlərimin mükafatıdır. Azərbaycan, bizim sevimli şəhərimiz olan Bakı kimi həyatımızın bir hissəsidir. Dünyanın harasında olsaq da, taleyimiz Azərbaycanla bağlıdır".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin mükafatlandırılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, Q. S. Nisanov xalqlar arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi və diasporumuzun inkişafı işində göstərdiyi böyük xidmətlərə görə bu yüksək mükafata layiq görülüb.