10 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Ramazan bayramı münasibətilə Türkiyə Cümhuriyyətinin bu ölkədəki Səfiri Tanja Bilgiçi qəbul etmişdir.

Azərbaycan Səfiri həmkarını müqəddəs ayın sona çatması ilə bağlı səmimi qəlbdən təbrik etmiş, ona və onun simasında bütün qardaş Türk xalqına firavanlıq arzumışdır.
Türkiyə Səfiri öz növbəsində Polad Bülbüloğlunu və bütün qardaş Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək, gələcək qələbələr və azad edilmiş ərazilərin bərpası işində yeni uğurlar arzulamışdır.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərin ayrı-ayrı aspektləri müzakirə olunmuş, həmçinin regional gündəliyin cari məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.