2024-04-27

Qara Qarayev adına beynəlxalq onlayn müsabiqə laureatlarının qala-konserti olmuşdur.

27 aprel 2024-cü il tarixində Moskvada Dövlət Konservatoriyasının M.Y.Myaskovski adına konsert zalında görkəmli sovet Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayev adına beynəlxalq onlayn müsabiqə laureatlarının qala-konserti olmuşdur.

Piano və fortepiano ansamblı üçün onlayn müsabiqədə 10 ölkədən 150-yə yaxın konkursant iştirak etmişdir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən müsabiqənin qalibi üçün "Qara Qarayev əsərlərinin ən yaxşı ifasına görə" xüsusi mükafat təsis edilmişdir.

Eyni zamanda, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında yaradıcılıq əlaqələrinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Azərbaycanın Rusiyadakı Səfirliyinin xüsusi Fəxri Fərmanları ilə Qara Qarayev adına uşaq musiqi məktəbi, eləcə də bu təhsil müəssisəsinin direktoru Leonov Andrey Gennadieviç mükafatlandırılmışdır.

Arxiv üzrə axtarış