2025-05-14

Səfir Rəhman Mustafayevin RF Şərq Dövlət Muzeyinin baş direktoru Aleksandr Sedov və direktor müavini İlya Zaytsev ilə görüşü.

2025-ci il 16 yanvar tarixində Azərbaycanın Rusiyadakısəfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Şərq Dövlət Muzeyini (ŞDM) ziyarətedib və muzeyin baş direktoru Aleksandr Sedov və direktor müavini İlya Zaytsev ilə görüşüb.

Söhbət zamanı sərgilərin qarşılıqlı təşkili və ikitərəfli mədəni əməkdaşlıqla bağlı müxtəlif məsələlər müzakirə olunub.

ŞDM muzey dialoqu və əməkdaşlıq sahəsində Azərbaycanın ən mühüm tərəfdaşıdır. Muzey ölkəmizin rəssam, qrafik və heykəltəraşlarının 300-dən çox əsərindən ibarət ölkəmizin hüdudlarından kənarda mövcud olan XX əsr Azərbaycan təsviri sənət kolleksiyasına malikdir.

Arxiv üzrə axtarış