2025-01-22
Səfir Rəhman Mustafayevin GITIS Universitetində keçirimiş görüşü
21 yanvar 2025-ci il tarixində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın ən qədim teatr universitetlərindən biri olan GITIS-i ziyarət edib və onun rektoru, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, professor Qriqori Zaslavski ilə görüşüb.
Söhbət zamanı teatr sahəsində ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş layihələr müzakirə olunub.