2025-01-22

22 yanvar 2025-ci il tarixində səfir Rəhman Mustafayev Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev tərəfindən qəbul edilib

22 yanvar 2025-ci il tarixində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın daxili işlər naziri, polis generalı Vladimir Kolokoltsev tərəfindən qəbul edilib.

Söhbət zamanı iki ölkənin daxili işlər orqanları xətti ilə qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə olunub.

Hər iki tərəfdən Azərbaycan ilə Rusiya arasında beynəlxalq terrorizm və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, habelə birgə sərhədyanı fəaliyyət sahələrində əməkdaşlığın gedişindən məmnunluq ifadə olunub.

İki ölkənin miqrasiya sahəsində səylərin koordinasiyasının vacibliyi vurğulanıb.

 

Arxiv üzrə axtarış