2025-05-13

Ümummilli Lideri Heydər Əliyevin doğum günü münasibətilə keçirilmiş tədbir

Mayın 12-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günü münasibətilə ənənəvi təntənəli tədbir keçirilib.

Tədbirdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Nazirliyinin əməkdaşları, RF-də akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri, Heydər Əliyevin silahdaşları, Moskvadakı Azərbaycan icmasının nümayəndələri, Rusiyanın görkəmli elm, mədəniyyət, incəsənət və din xadimləri, habelə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin əməkdaşları.

Tədbiri çıxış nitqi ilə açan Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Heydər Əliyev şəxsiyyətinin Sovet Azərbaycanın, keçmiş SSRİ-nin, sonra isə müstəqil Azərbaycanın inkişafında tarixi əhəmiyyətinə xüsusi diqqət yetirmişdir. O qeyd edib ki, Ümummilli Liderin şəxsiyyətinin miqyası o qədər böyükdür və onun nailiyyətlərinin coğrafiyası o qədər genişdir ki, hər il müxtəlif yaddaqalan hadisələr və tarixlər bizi yenidən ona və ölkələrimizin inkişafındakı roluna qaytarırlar.

Vurğulanıb ki, Heydər Əliyev Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin, balanslaşdırılmış xarici siyasətinin möhkəm təməlini qoyub. Onun siyasətinin nəzərəçarpacaq nəticəsi ölkəmizin 2020-ci ildə Vətən müharibəsində qələbəsindən sonra ilk dəfə (Qırmızı meydanda əvvəlki hərbi parad 2020-ci ilin iyun ayında keçirilib) mayın 9-da Azərbaycanın Zəfər bayrağı Rusiyanın əsas meydanından bütün dünyaya nümayiş olunaraq Qırmızı Meydanda hərbçilərimizin qələbə yürüşü oldu.

Sonra RF xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxış edərək Heydər Əliyevin xatirəsinin ümumi tarixi keçmişin parlaq rəmzi olduğunu vurğuladı. Diqqətə çatdırıldı ki,  onun Sovet İttifaqı, Azərbaycan SSR və Azərbaycan Respublikasının inkişafına verdiyi töhfəni qiymətləndirmək çətindir. O əlavə edib ki, Heydər Əliyev görkəmli strateq olub, ardıcıl olaraq çoxşaxəli Rusiya-Azərbaycan əlaqələrinin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin tərəfdarı olub və bir çox birgə başlanğıcların təşəbbüskarı kimi müasir ikitərəfli münasibətlərdə müttəfiq qarşılıqlı fəaliyyəti əlaqələrinin təməlini qoyub.

Qaluzin xüsusi qeyd edib ki, Rusiya tərəfi Cənubi Qafqazda, Xəzər dənizi regionunda, MDB çərçivəsində və digər beynəlxalq məkanlarda sabitliyin və firavanlığın təmin edilməsi naminə Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır.

Daha sonra tədbir Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Rusiya Federasiyasının əməkdar elm xadimi Tatyana Anodina və BAM-ın tikintisində ilk iştirakçılardan biri, Sosialist Əməyi Qəhrəmanı Leonid Kazakovun Heydər Əliyevlə görüşləri və birgə işləri barədə xoş xatirələrini bölüşərək davam edib.

Sovet və rus tarixçisi, sənətşünas, Rusiya Prezidenti yanında Mədəniyyət və İncəsənət Şurasının üzvü Zelfira Trequlova iki ölkə arasında mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsində Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətindən, habelə əvvəllər Bakıda Heydər Əliyev Mərkəzində Tretyakov Qalereyası ilə birgə keçirilən sərgilərdən danışıb.

MGİMO-nun İnkişaf üzrə prorektoru – rektor Aparatının rəhbəri Artem Malgin universitetin təhsil sahəsində Azərbaycanla sıx əməkdaşlığına diqqət çəkərək Heydər Əliyevin SSRİ dövründə ali məktəbin yaranmasında böyük rolundan danışıb. Xüsusilə vurğulandı ki, MGİMO-nun divarları arasında ilk doktorluq mühazirəsi yüzlərlə azərbaycanlını toplayıb, bu da universitetdə Azərbaycan tələbə icmasının formalaşmasının əsasını qoyub.

Öz növbəsində, Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti Stepan Kalmıkov və Rusiya Müsəlmanları Ruhani İdarəsi (RMRİ) sədrinin birinci müavini Damir Muxetdinov REA və RMRİ rəhbərliyi adından təbrik müraciətlərini oxudular.

Tədbir zamanı qonaqların diqqətinə görkəmli Azərbaycan və rus bəstəkarlarının klassik əsərlərinin səsləndirildiyi musiqi proqramı təqdim olunub.

Tədbirdə həmçinin Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi və kitablar stendi nümayiş etdirilib.

Qəbulun rəsmi hissəsindən sonra qonaqlar üçün Azərbaycan milli mətbəxinin yeməklərindən ibarət furşet təşkil olunub.

 

Arxiv üzrə axtarış