2025-01-30

Səfir Rəhman Mustafayevin Qnesinlər adına Rusiya Musiqi Akademiyasının rektoru, professor Aleksandr Rıjinski ilə görüşü

28 yanvar 2025-ci il tarixində səfir Rəhman Mustafayevin Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycanın xalq artisti Murad Adıgözəlzadə və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin humanitar layihələr şöbəsinin rəhbəri, fəlsəfə elmləri doktoru Tamila Əhmədovanın iştirakıyla Qnesinlər adına Rusiya Musiqi Akademiyasının rektoru, sənətşünaslıq doktoru, professor Aleksandr Rıjinski ilə görüşü olub. Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında musiqi təhsili sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

 

Arxiv üzrə axtarış