2025-01-29
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin Xantı-Mansi Avtonom Diyarına işgüzar səfəri
Bu gün Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xantı-Mansi Avtonom Diyarına (XMAD) bir günlük işgüzar səfər edib. Səfər zamanı XMAD-Yuqra qubernatoru Ruslan Kuxaruk, XMAD Dumasının sədri Boris Xoxryakov, XMAD-ın qubernator müavinləri və departament direktorları ilə görüşüb. Söhbət zamanı iqtisadi, elm, təhsil, mədəniyyət, habelə turizm, gənclər mübadiləsi və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Qarşılıqlı əlaqələrin və səfərlərin fəallaşdırılması barədə razılıq əldə olunub.